Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Vladimir Zelenski və Macarıstan Baş naziri Peter Magyar Ujqorod şəhərində görüşüblər.
Axar.az xəbər verir ki, bu barədə Zelenski Teleqram hesabında məlumat yayıb.
İlk öncə hər iki lider Ukrayna azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər. Sonra ikitərəfli görüş keçirilib.
Zelenski bildirib ki, bu səfər mütləq müsbət nəticələr verəcək:
"Siyasət, enerji və infrastruktur sahələrində artıq razılaşmalar əldə edilib".
Xatırladaq ki, Macarıstan noyabrın 17-də Rusiyanın Zakarpatiyaya hücumundan sonra Ukrayna ilə həmrəylik ifadə edib.
Bu, Macarıstanın hökumət başçısının 2015-ci ildən bəri Ukraynaya ilk səfəridir.