Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna və NATO əməkdaşlıq prioritetlərini müəyyən ediblər.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.
Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi, Patriot hava hücumundan müdafiə sistemlərinin, F-16 qırıcılarının, HIMARS raket sistemlərinin hazırlanması və texnoloji üstünlüklər üzrə alyansla əməkdaşlıq edəcəyini açıqlayıb.
Ukrayna Müdafiə naziri Mixaylo Fedorov NATO-ya PURL təşəbbüsü də daxil olmaqla, yardımın səmərəli şəkildə əlaqələndirilməsinə görə təşəkkür edib və əsas diqqətin hazırda Ukrayna səmasının qorunmasına yönəldiyini qeyd edib.
Tərəflər həmçinin daha sürətli qərarlar və çatdırılmalar üçün Ramşteyn formatının əlaqələndirilməsini müzakirə ediblər.
Ramşteyn formatı Kiyevə əlavə hərbi yardımı müzakirə edən beynəlxalq koalisiyadır. Onun işində 50-dən çox ölkə iştirak edir - bütün NATO ölkələri, əksər AB üzvləri və Afrika və Asiyadan olan müttəfiqlər. Format adını 26 aprel 2022-ci ildə ilk görüşünün keçirildiyi Almaniyadakı eyni adlı aviabazanın şərəfinə "Ramşteyn" adlandırılıb.
Elvin
Ölkə.az