Ukrayna və Norveç əməkdaşlığı genişlənir: 2026 cı ildən birgə dron proqramı

30.11.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ukraynanın müdafiə naziri Denis Şmıqal açıqlayıb ki, Norveç 2026-cı ildən etibarən Ukrayna Silahlı Qüvvələri üçün xüsusi dron istehsalına başlayacaq.

"Ölkə.az" xəbər verir ki, bu, Kiyevlə Oslo arasında müdafiə sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Şmıqal bildirib ki, Norveç ilkin mərhələdə istehsal gücünü formalaşdıracaq, daha sonra isə müəssisələr tədricən genişləndiriləcək və istehsal həcmi artırılacaq.

Onun sözlərinə görə, bu əməkdaşlıq birtərəfli deyil:
“Ukrayna Norveçə öz döyüş təcrübəsini və dron texnologiyaları üzrə innovasiyalarını təqdim edəcək.”

Bu, həm Ukraynanın real döyüş şəraitində əldə etdiyi təcrübənin Avropa müdafiə sənayesində tətbiqinə, həm də Norveçin müasir pilotsuz texnologiyalar sahəsində öz mövqeyini gücləndirməsinə imkan verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью