Ukrayna və Rusiya “6000 in 6000 ə” formatında hərbçilərin meyitlərinin mübadiləsini razılaşdırıb

02.06.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna və Rusiya “6000-in 6000-ə” formatında hərbi qulluqçuların meyitlərinin mübadiləsinə dair razılığa gəliblər.

APA-nın "unian"a istinadən xəbərinə görə, bunu Ukraynanın müdafiə naziri Rustam Umerov deyib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya ağır yaralı və yaşı 25-dən aşağı olan əsirlərin dəyişdirilməsini də razılaşdırıb.

Nazir bildirib ki, ölkəsi Rusiya tərəfinə 20-30 iyun tarixləri arasında növbəti görüşün keçirilməsini təklif edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью