Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Ukrayna və Rusiya nümayəndələri Türkiyədə danışıqlar aparacaq.
Axar.az xəbər verir ki, bu barədə “CNN Türk” Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat verib.
Məlumata görə, aprelin 15-16-da Ankaradakı Hərbi Dəniz Qüvvələri Komandanlığında Rusiya və Ukrayna rəsmiləri arasında görüş planlaşdırılır.
“Bu danışıqlarda Qara dənizin təhlükəsizliyi məsələsi müzakirə olunacaq”, - məlumatda qeyd olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.