Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Prezident Volodimir Zelenski bildirib ki, Rusiya əsirliyində olan 103 ukraynalı hərbçi vətənə qaytarılıb. Bunun müqabilində Ukrayna 103 rusiyalı hərbi əsiri Rusiyaya təhvil verib. Onun sözlərinə görə, azad edilən ukraynalılar arasında Silahlı Qüvvələrin, Dövlət Sərhəd Xidmətinin və Milli Qvardiyanın hərbçiləri var. Onlar Mariupol, Donetsk, Luqansk, Xarkov, Zaporojye, Xerson, Dnepr və digər istiqamətlərdə Ukraynanı müdafiə edən döyüşçülərdir.
XQ