Ukrayna və Rusiya növbəti əsir mübadiləsini həyata keçirib

05.02.2025

Icma.az, Anews portalına istinadən məlumatı açıqlayır.


Rusiya ilə Ukrayna arasında baş tutan hərbi əsirlərin növbəti mübadiləsi çərçivəsində 150 nəfər qarşılıqlı şəkildə təhvil verilib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hazırda Rusiya tərəfinə qaytarılan hərbçilər Belarus ərazisindədir və onlara zəruri tibbi-psixoloji yardım göstərilir.

Proses Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutub. Bütün hərbçilərin ailələri ilə əlaqəsinə şərait yaradılıb. Növbəti mərhələdə onlar Rusiyaya gətirilərək, Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrində müalicə və reabilitasiya proseslərinə cəlb olunacaq”,-məlumatda bildirilib.


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью