Ukrayna və Rusiya Xersonda atəş elan edib

27.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xerson bölgəsində bu gün səhər saat 4:00-da atəşkəs qüvvəyə minib. Rusiya Müdafiə Nazirliyi bu barədə 27 oktyabrda sosial mediada məlumat yayıb.

XQ xəbəri “Anadolu”ya istinadən verib. 

Məlumata görə, Xerson vilayətinin Oleşki kəndi ərazisində humanitar əməliyyata hazırlıqla əlaqədar olaraq, Rusiya Federasiyası Silahlı Qüvvələri 27 oktyabr 2026-cı il tarixində Moskva vaxtı ilə səhər saat 4:00-dan etibarən Xerson istiqamətində atəşi dayandırıb və “atəşkəs rejimi” tətbiq edib.

Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Yana Lantratrova da özünün Telegram kanalında humanitar missiyanın həyata keçirilməsi üçün Oleşkidə atəşkəs elan edildiyini bildirib.

O xatırladıb ki, razılaşma Ukrayna parlamentinin İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets ilə danışıqlar zamanı ABŞ-ın birinci xanımı Melaniya Trampın vasitəçiliyi və koordinasiyası ilə əldə edilib.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью