Ukrayna və Türkiyə XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

04.01.2025

Anews saytına istinadən Icma.az xəbər verir.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.Bu barədə Ukrayna XİN başçısı "X"də yazıb.

"Həmkarım və dostum Hakan Fidanla bugünkü görüşümüzdə ikitərəfli gündəliyi, cəbhədəki vəziyyəti, Qara dənizdəki təhlükəsizlik məsələlərini, Suriya və Yaxın Şərqdəki durumu müzakirə etdik. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün koordinasiyalı səylər barədə razılığa gəldik", - məlumatda qeyd olunub.
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью