Ukrayna vətəndaşını maşınla vurub öldürdü

23.02.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1996-cı il təvəllüdlü Əliyaqublu kənd sakini Hakim Mustafayev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Şəmkirdə yaşayan  Ukrayna vətəndaşı Nataşa Petrov qızı Şhevçenkonu vurub.

58 yaşlı piyada hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью