“Ukrayna xalqı bilməlidir ki, Amerika bizim tərəfimizdədir Zelenski

01.03.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Biz minerallar haqqında sazişi imzalamağa hazırıq və bu, təhlükəsizlik təminatlarına doğru ilk addım olacaq.
Bizim .Media xəbər verir ki, bu barədə Zelenski “Fox News”a müsahibəsində söyləyib.
O bildirib ki, ancaq bu kifayət deyil və bizə bundan daha çox şey lazımdır.
"Təhlükəsizlik zəmanəti olmayan atəşkəs Ukrayna üçün təhlükəlidir. Biz 3 ildir mübarizə aparırıq və Ukrayna xalqı bilməlidir ki, Amerika bizim tərəfimizdədir".
Xatırladaq ki, Vaşinqtonda iki ölkə liderlərinin görüşü qalmaqalla nəticələnib, müzakirələr gərgin keçib. Daha sonra ABŞ Prezidenti “Truth Social” platformasında paylaşım edərək Zelenskinin “sülhə hazır olmadığını” yazıb. Bundan sonra Ukrayna lideri Ağ evi tərk edib.


Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью