Ukrayna Xəzərdə Lukoyl a məxsus platformaları vurdu

11.01.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində “Lukoyl”a məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti ələ keçirilmiş ərazidə Rusiyanın Buk-M3 zenit-raket sistemini və Xerson bölgəsində Rusiya ordusunun bir bölməsini məhv edib.

Axar.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya ordusunun hərbi və iqtisadi potensialının azaldılması tədbirləri çərçivəsində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xəzər dənizində “Lukoyl”a məxsus strukturlara zərbələr endirib. Bu obyektlər Rusiya ordusuna dəstək fəaliyyətlərində iştirak edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью