Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Təhlükəsizlik Xidməti Xəzər dənizində Rusiyanın “Lukoyl” şirkətinə məxsus artıq üçüncü neft-qaz hasilatı platformasını PUA ilə vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə UNİAN xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu dəfə hücum “Rakuşeçnoye” yatağında yerləşən qazma qurğusuna edilib.
Dronun bort kamerası platformanın qaz-turbin qurğusu yerləşən hissəsinə dəqiq zərbənin endirildiyini qeydə alıb. Nəticədə obyektin fəaliyyətinə ciddi ziyan dəyib.
Hadisə ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.
Əliyar Xəlil