Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
Ukrayna ordusu Xəzər dənizindəki Rusiya obyektlərinə hücum edib.
Metbuat.az xəbər verir ki, Ukrayna ordusu dronlar vasitəsilə Xəzər dənizində fəaliyyət göstərən "LUKOIL-Nijnevoljskneft" neft hasilatı platformasını hədəfə alıb. İddialara görə, bu, Ukraynanın Rusiyanın Xəzər dənizindəki obyektlərinə üçüncü hücumudur.
Məlumata görə, dron hücumu nəticəsində neft hasilatı obyektləri sıradan çıxıb, hasilat dayanıb.