Ukrayna XİN başçısı ATƏTin iclasında Lavrovun çıxışından əvvəl zalı tərk etdi VİDEO

05.12.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında rusiyalı həmkarı Sergey Lavrovun çıxışına başlamazdan əvvəl zalı tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb və video yayımlayıb.
 

Bundan əvvəl Sibiqa çıxışının sonunda Lavrovu hərbi cinayətkar adlandırıb.
Qeyd edək ki, A.Sibiqanın ardınca bir sıra nazirlər və diplomatlar Rusiya XİN başçısının çıxışını dinləmədən salondan çıxıblar.
 


Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью