Ukrayna XİN başçısı Lavrovun çıxışından əvvəl iclas zalını tərk etdi VİDEO

05.12.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında rusiyalı həmkarı Sergey Lavrovun çıxışına başlamazdan əvvəl zalı tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb və video yayımlayıb.
 

Bundan əvvəl Sibiqa çıxışının sonunda Lavrovu hərbi cinayətkar adlandırıb.
Qeyd edək ki, A.Sibiqanın ardınca bir sıra nazirlər və diplomatlar Rusiya XİN başçısının çıxışını dinləmədən salondan çıxıblar.
 


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью