Ukrayna XİN başçısı Lavrovun çıxışından əvvəl zalı tərk etdi

05.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa rusiyalı həmkarı Sergey Lavrovun çıxışından öncə zalı tərk edib.

Bakıvaxtı.az-ın “unian“a istinadən xəbərinə görə, çıxışının sonunda isə o, S.Lavrovu "hərbi cinayətkar" adlandırıb.

Qeyd edək ki, A.Sibiqanın ardınca bir sıra nazirlər və diplomatlar da Rusiya XİN başçısının çıxışını dinləmədən salondan çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью