Ukrayna XİN danışıqları yüksək qiymətləndirdi

30.11.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsya ABŞ-da danışıqların başlanmasını uğurlu adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə Kislitsya X sosial media platformasında məlumat verib.

"Hazırkı görüşün başlanğıcı uğurludur. Çox maraqlı və konstruktiv keçir. Potensial mütərəqqi nəticəyə şərait yaradan isti atmosfer, əla liderlik", - deyə XİN müavini əlavə edib.

O, Cenevrədə olduğu kimi, bu dəfə də ABŞ nümayəndə heyətinin öz baxışını təqdim etmə tərzini yüksək qiymətləndirib.

Qeyd edək ki, noyabrın 29-da Ukrayna nümayəndə heyəti sülh planını müzakirə etmək üçün ABŞ-a yola düşüb. Mayamidə danışıqlar bu gün başlayıb və hazırda davam edir. Məlumdur ki, ABŞ Ukrayna ilə sülh planının iki əsas bəndi - ərazi məsələləri və təhlükəsizlik təminatları üzrə bütün mübahisələri bir gün ərzində həll etmək istəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью