Ukrayna XİN dən konqresmenə sərt cavab

08.04.2025

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

XİN Ukrayna əsilli amerikalı konqresmen Viktoriya Spartsın ukraynalılara ruslar tərəfindən işğal olunmuş ərazilərin itirilməsi ilə barışmağa dair təklifini pisləyib.
Ukraynalı konqresmen: “Ərazilər Rusiyaya verilsin” Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy "X"də paylaşım edərək deyib: “Viktoriyadan fərqli olaraq, bizim bütün torpaqlarımız həmişə Ukraynaya aid olub və qalacaq”.
Xatırladaq ki, dünən konqresmen “The Telegraph”a müsahibəsində "ukraynalılar işğal olunmuş ərazilərin Rusiyaya verilməsini qəbul etməli və prezident Volodimir Zelenskinin istefasını tələb etməlidir" deyib.
Həmçinin Zelenskini Donald Trampla mübahisəyə görə günahlandıran Viktoriya Sparts, Ukrayna prezidentinin “Amerika liderini təhqir etdiyini” və “xalqına ayı xidməti göstərdiyini” bildirib. O, ukraynalıları gələcək seçkilərdə Zelenskinin əleyhinə səs verməyə çağırıb: “Əgər onu seçsələr, ölkənin qalan hissəsini də itirəcəklər”.

Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью