Ukrayna XİN rəhbəri Zelenski Putin görüşünün mümkünlüyünə münasibət bildirib

30.05.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Biz Ukrayna və Rusiya prezidentlərinin gələcəkdə keçiriləcək görüşündə Ağ Evin rəhbəri Donald Trampın mümkün iştirakını alqışlayacağıq.

APA “unn.ua”ya istinadən xəbər verir ki, bunu türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

O qeyd edib ki, nümayəndə heyətlərinin sonuncu İstanbul görüşündə əldə olunan üç razılaşmadan biri məhz dövlət başçılarının görüşünə hazırlıqla bağlı olub:

“Əlbəttə ki, biz bu görüşün daha geniş formatda, ABŞ prezidenti Donald Trampın da iştirakı ilə keçirilməsini alqışlayacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью