Ukrayna XİN: Rusiyaya güzəşt edilə bilməz

10.08.2025

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rusiya işğalçılarına sakitləşmək üçün heç bir mükafat və hədiyyə verilməməlidir".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, yalnız güc və birlik Rusiyanı müharibəni dayandırmağa məcbur edə bilər və hər bir güzəşt yeni aqressiyanı təşviq edir.

“Ukrayna öz prinsip və dəyərlərinə sadiqdir və ABŞ, Avropa tərəfdaşları ilə birgə BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında ədalətli və davamlı sülhün təminatına çalışır,” — Sibiqa vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью