Ukrayna XİN: Sərhəd dəyişikliyi olmayacaq

03.12.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kiyev Ukraynada sülhün təmin olunması üzrə 20 maddəlik plana əsaslanır və ölkənin suverenliyi ilə bağlı kompromislərə getməyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa Brüsseldə keçirilən Ukrayna–NATO Şurasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iclas iştirakçıları Kiyevin danışıqlar masasında mövqeyinin gücləndirilməsinin vacib olduğunu başa düşür və əsas diqqət Ukraynanın suverenliyinin qorunmasına yönəlib:

“Heç bir kompromis olmayacaq, heç bir sərhəd dəyişikliyi olmayacaq. Biz Cenevrə və sonra Mayamidə hazırlanmış 20 maddəlik sülh planına əsaslanırıq”.

Ölkə rəsmisi əlavə edib ki, Ukrayna nümayəndə heyəti yaxın zamanda danışıqları davam etdirmək üçün ABŞ-yə dəvət olunub.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью