Ukrayna xüsusi təyinatlıları bir neçə rusu əsir götürüb

18.11.2024

Icma.az bildirir, Sia Az portalına istinadən.

Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin əməliyyatçıları Kursk istiqamətində Rusiya mövqelərinə uğurlu hücum həyata keçirərək düşmənə itki verdiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq video Ukraynanın MTR kanalında yerləşdirilib.

Ukrayna əsgərlərinin məlumatına görə, əməliyyat nəticəsində üç işğalçı öldürülüb, iki rus isə əsir götürülüb.

...Rusiya mövqelərinə basqın: MTR operatorları Kursk bölgəsində düşmən xəttinin arxasında keçirilən əməliyyat zamanı düşmən şəxsi heyətini məhv ediblər. Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri Kursk vilayətində düşmən mövqelərinə həyata keçirdikləri uğurlu əməliyyatlar nəticəsində 3 rus hərbçisini məhv ediblər. Daha iki işğalçı ələ keçirilib.

Bu, videonun altında yazılıb.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью