Ukrayna yanacaqdoldurma məntəqəsinə hücum edib 1 nəfər ölüb, 4 nəfər yaralanıb

10.06.2025

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynaya məxsus pilotsuz təyyarələrlə Belqorod vilayətində yanacaqdoldurma məntəqəsinə hücum edilib.

525.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ilkin məlumatlara görə, hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Qeyd olunub ki, hücumun həyata keçirildiyi yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb, hadisə yerinə 23 yanğınsöndürən maşın cəlb olunub.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью