Ukrayna Yaponiyadan 1,2 milyard dollar alıb

26.12.2024

Icma.az, Missiya.az saytına istinadən bildirir.

“Ukrayna Dünya Bankının layihələri vasitəsilə Yaponiyadan təxminən 1,2 milyard dollar alıb”.

Missiya.Az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal özünün “Telegram” kanalında məlumat yayıb.

O, bildirib ki, vəsaitlər noyabr-dekabr aylarında daxil olub və sosial, tibb, təhsil sahələrinə, o cümlədə biznesin bərpasına və dəstəklənməsinə yönəlib.

“Biz Yaponiyaya və Dünya Bankına Ukraynanın güclənməsi və inkişafında daim iştirak etdiklərinə görə təşəkkür edirik”, - Şmıxal vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью