Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Silahlı Qüvvələrinin yaxın 2-3 ay ərzində lazer silahı ilə təchiz olunacağı gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müavini Andrey Lebedenko bildirib.
O qeyd edib ki, hazırda gələcəyin silahları ilə bağlı layihələr üzərində iş aparılır.
"Bu silahlar artıq mövcuddur. Həm Ukrayna Silahlı Qüvvələrinin daxilində, həm də ondan kənarda fəaliyyət göstərən istehsalçılar və komandalar, eləcə də özəl müəssisələr lazer silahlarının hazırlanması ilə məşğuldur", – deyə Lebedenko bildirib.
Onun sözlərinə görə, lazer silahından əsasən pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə istifadə nəzərdə tutulur.
Lebedenko hesab edir ki, bu silahların Ukrayna ordusunun arsenalına daxil edilməsi yaxın 2-3 ay ərzində mümkün ola bilər.
Xədicə BAXIŞLI