Ukrayna yeni çətinliklərlə üz üzə: Ciddi nəticələri ola bilər

16.08.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ukraynanın Rusiya ballistik raketlərinə qarşı heç bir əks-tədbiri yoxdur. Rusiya artıq yeni silahlar hazırladığı və istifadə etdiyi üçün Kiyev yeni çətinliklərlə üzləşir.

Axar.az xəbər verir ki, bu barədə “Frankfurter Allqemeine Zeitunq” (FAZ) nəşri qeyd edib.

Nəşrin məlumatına görə, Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri, əsasən də “PAC 3” tipli raketləri çatmır.

Qeyd olunub ki, bunun ciddi nəticələri ola bilər. Çünki son günlər ərzində Ukrayna Silahlı Qüvvələri heç bir ballistik raketi vurmağa müvəffəq olmayıb və artıq onların sayını hesablamağı dayandırıb.

Bildirilib ki, Rusiya isə daha çox yeni model təklif edərək getdikcə inkişaf etmiş PUA-lar hazırlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью