Ukrayna yeni zenit raketini Polşada təqdim etdi

10.09.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ukraynanın “Luç” Konstruktor Bürosu Polşada keçirilən “MSPO 2026” beynəlxalq müdafiə sənayesi sərgisində yeni “RK-2P3” idarəolunan zenit raketini (ZUR) nümayiş etdirib.

“Qafqazinfo” xəbər verir ki, müəssisənin stendində raketin tam ölçülü maketi təqdim olunsa da, onun texniki göstəriciləri açıqlanmayıb.

Məlumata görə, “RK-2P3” raketi “Stugna-P” tankəleyhinə raket kompleksinin bazasında hazırlanıb.

130 millimetrlik kalibrə malik döyüş sursatı hədəfə lazer şüası vasitəsilə tuşlanır. Yeni raketlər Ukraynanın “Rif” zenit-raket kompleksinin cəbbəxanasına daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью