Ukrayna yenidən Kurskda hücuma KEÇDİ VİDEO | Icma.az
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna hərbçiləri Kursk vilayətində hücum əməliyyatları keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildiriblər.
“Dekabrın 4-də yayılan geolokasiya görüntüləri göstərir ki, Ukrayna qoşunları bu yaxınlarda Darinonun mərkəzinə (Korenevonun cənub-şərqinə) doğru irəliləyiblər”, - ABŞ analitikləri hesabatda bildiriblər.
Bundan əlavə, Ukrayna qüvvələri Korenevodan cənub-şərqdə Novoivanovka və Nikolaevo-Darino bölgələrində əks hücuma keçiblər.Qeyd edək ki, Ukrayna ordusu bu il avqustun əvvəlində gözlənilmədən Rusiyanın Kursk vilayətinə hücum edərək, bir sıra yaşayış məntəqələrini ələ keçiriblər.
Bizim.Media Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu