Ukrayna yığması Belarusla oyunu boykot etdi

14.09.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çimərlik futbolu üzrə Ukrayna milli komandası Avroliqanın Superfinalında Belarusla üçüncü yer uğrunda oyunu boykot etmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə Ukrayna Çimərlik Futbolu Assosiasiyası məlumat yayıb.

Oyun bu gün baş tutmalı idi. Ukraynalıların boykot etməsinə görə Belarus komandası ardıcıl üçüncü dəfə turnirin bürünc mükafatçısı olacaq.

Qeyd edək ki, Avroliqanın yarımfinalında Ukrayna yığması İtaliyaya uduzub (1:4), Belarus isə İspaniyaya (3:6) məğlub olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью