Ukrayna Zaporijjya AES i ABŞ la birgə nəzarətə götürmək istəyir

17.04.2025

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın energetika naziri German Qaluşenko bəyan edib ki, Kiyev ABŞ-la birlikdə Zaporijjya Atom Elektrik Stansiyasına nəzarət etməyə hazırdır.

Qaluşenkonun sözlərinə görə, guya Vaşinqton və Kiyev AES-in Ukraynanın nəzarətinə qaytarılmasında maraqlıdır.

“Bu, məsələn, elektrik enerjisi ixracına gəldikdə, bu, bizim aramızda əməkdaşlıq üçün yeni imkanlar gətirə bilər”, – Ukrinform xəbər verir.

Energetika Nazirliyinin rəhbərinin sözlərinə görə, Ukrayna torpağında ABŞ-la birgə “irimiqyaslı layihələr” həyata keçirmək üçün Kiyevə böyük həcmdə elektrik enerjisi lazımdır.

“Rosatom”un rəhbəri Aleksey Lixaçev vurğulayıb ki, Zaporijjya AES-i başqa dövlətin nümayəndələri idarə edə bilməz və idarə etməyəcək – bu, Rusiya obyektidir.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью