Ukrayna Zaporojyedə rusların hücumunu dəf etdi VİDEO

22.04.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Pasxa bayramından əvvəl rus qoşunları Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə kütləvi hücum təşkil edərək, Zaporojye istiqamətində müdafiəni yarmağa cəhd ediblər. 

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat və video paylaşıb.

Qurumun xüsusi təyinatlı hissəsinin rəsmi kanalı “Artan” rus hərbi kolonunun məhv edilməsinin videosunu yayıb və düşmənin ciddi itkilər verdiyini bildirib.

Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin koordinasiyalı işi sayəsində hücumun qarşısı alınıb: 15 texnika məhv edilib və ya sıradan çıxarılıb, 100-ə yaxın rus əsgəri məhv edilib.

“AzPolitika.info”


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью