Ukrayna zərbələri: Rusiya 2000 ci illərin əvvəllərinə qayıdır!

26.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna 30 oktyabrda Rusiya neft emalı zavodlarına (NEZ) yeni hücum dalğası başlatdıqdan sonra, müəssisələrin ümumi hasilatı noyabr ayının sonuna qədər gündə təxminən 5 milyon barreldən 2,6-2,7 milyon barrelə düşüb. Bu, 2000-ci illərin əvvəllərindən bəri ən aşağı göstərici hesab olunur.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq“də yayımlanan məqalədə deyilir.

Bildirilib ki, istehsalın azalması isə öz növbəsində daxili bazarda problemlərə yol açıb: 17-23 noyabr tarixləri arasında orta həftəlik pərakəndə benzin qiymətləri 0,5% artıb.

Nəşr həmçinin qeyd edir ki, 2022-ci ildən bəri Kreml ölkədə neft hasilatı və emalı ilə bağlı demək olar ki, bütün məlumatları məxfi saxlayıb və Ukrayna ordusunun vurduğu zərərin bir hissəsinin yaxın gələcəkdə Rusiya neft emalı zavodlarında bərpa edilə biləcəyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью