Icma.az, Bizimyol saytına istinadən bildirir. Ukrayna hücumlarının Rusiyaya vurduğu itkilər bütün Qərb sanksiyalarından çoxdur.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov "VyStoyim" forumunda bildirib.
"Rusiya neft emalı sahəsinin 18, 20, 21%-i zərər görüb deyəndə, bu tam düzgün ifadə deyil.
Düzgün desək, bu, əsasən "benzin" kateqoriyası üzrə zərərlərdir, burada biz Rusiyaya 20%-dən çox itki verdik.
Bu, ölkənin maliyyə vəziyyəti üçün çox ağrılıdır, çünki bu, bütün potensialın beşdə biri deməkdir," - deyə o vurğulayıb.
Eyni zamanda Budanov qeyd edib ki, Ukraynanın benzin sahəsinə endirdiyi zərbələrin cəmiyyətə, maliyyə və iqtisadi vəziyyətə, dövlətin gələcək büdcə planlaşdırmasına və digər sahələrə təsir etdiyini anlamaq lazımdır.
"Amma təəssüf ki, bu, müharibə tempinə birbaşa təsir etmir. Birincisi, hərbi texnika əsasən dizel yanacağı ilə işləyir.
İkincisi, Rusiya elə bir ölkədir ki, insanlar piyada gedib çörək yesələr belə, ordusu üçün lazım olan hər şey təmin ediləcək.