Ukraynada 100 gün ərzində prezident seçkiləri keçirilə bilər

15.12.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna münaqişəsinin həlli üçün Berlində keçirilən danışıqlar zamanı  Ukrayna Prezidenti Volodimir Zelenskinin müəyyən şərtlər daxilində 100 gün ərzində prezident seçkiləri keçirməyə və  NATO üzvlüyündən çıxmağa hazır olduğu bildirilir.

"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Hadisələrin səbəbi açıqlanmayıb. Mənbə həmçinin bildirib ki, Ukrayna hakimiyyəti mövcud təmas xəttini "dondurmağa" hazırdır, lakin qoşunlarını bütün Donbasdan çıxarmaqdan imtina edir.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью