Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. "Görünən odur ki, Trampın strategiyası hər iki tərəfi kompromislərə vadar ermək və təmas x
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon və Ukr
Ekspert bildirib ki, Trampın növqeyi həmişə belə olub: "Bir tərəfdən Rusiyaya mesaj verir ki, sülh sazişi imzalanmasa, Ukraynaya hərbi dəstə
Digər tərəfdən, Kiyevə də təzyiq edir ki, sazişə getməsə, ona münasibətdə də yardımları dayandıracaq.
Yəni əslində strategiya hər iki tərəfi kompromislərə gətirmək və təmas xətti üzrə müharibəni dayandırmağa çalışmaqdan ibarətdir" Həmsöhbətimizə görə, Trampın bu sayaq təklifi Azərbaycanla Ermənistan arasında 1994-cü ilin atəşkəs sazişini xatırladır: "Ukrayna istəyir ki, Rusiya işğal etdiyi ərazilərdən tam olaraq çıxsın.
Kreml isə işğal etdiyi ərazilərə özünün tərkib hissəsi kimi baxmaqda davam edir.
Tramp isə bu iki fərqli mövqelər fonunda təmas xəttində müharibənin dayandırılması və ondan sonra sülh prosesi üzrə danışıqlara başlanılmasını təklif edir.
Bu isə faktiki olaraq 1994-cü ilin Qarabağ modelidir. Proses bu istiqamətdə gedir.