Ukraynada 2024cü ilin əsas sözü seçildi

06.01.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Vətəndaşların sürətləndirilmiş prosedur vasitəsilə məcburi səfərbər edilməsi mənasını verən “busifikasiya” neologizmi Ukraynada 2024-cü ilin əsas sözü kimi tanınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mıslovo” müasir Ukrayna dili və jarqon lüğətinin saytında məlumat verilib.

“Mıslovo” 2024-cü ilin sözü kimi “busifikasiya” sözünü seçib. Neologizm son bir ildə ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Termin kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərindən üstün olduğu zaman səfərbərliklə bağlı problemləri göstərir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2023-cü ilin sözü "səfərbərlik" olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью