Ukraynada 600 000 insan elektriksiz qalıb

14.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Rusiyanın enerji və vacib infrastruktur obyektlərinə endirdiyi hava zərbələri nəticəsində Ukraynada ən azı 600 000 insan elektriksiz qalıb. 

Bakıvaxtı.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" hesabında yazıb.

O, bildirib ki, Moskvanın hərəkətləri ABŞ Prezidenti Donald Trampın 11 oktyabrda elan etdiyi enerji atəşkəsini pozur.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu hücum zamanı 39 ballistik raket və 128 müxtəlif tipli drondan istifadə edib. Zərbənin əsas hədəfləri Kiyev və Xarkov bölgələri olub. Hücum nəticəsində Ukraynanın elektrik enerjisi sənayesində 26 obyektdə və dörd neft-qaz müəssisəsində ciddi ziyan qeydə alınıb.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью