Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Energetika Nazirliyinin Telegram paylaşımına görə, Ukraynada 700-dən çox yaşayış məntəqəsi şiddətli hava şəraiti səbəbindən elektriksiz qalıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, departamentin açıqlamasında deyilir:
“Pis hava şəraiti səbəbindən ölkənin on bir bölgəsindəki 730 yaşayış məntəqəsi tamamilə və ya qismən elektrik enerjisiz qalıb”.
Ukrayna Energetika Nazirliyi qeyd edib ki, sənaye üçün enerji istehlakının məhdudlaşdırılması cədvəlləri, eləcə də bütün kateqoriyalı istehlakçılar üçün saatlıq fasilələr ölkənin bütün bölgələrində qüvvədədir.
Regionların siyahısı dəqiqləşdirilməsə də, bir neçə bölgədə təcili fasilələr tətbiq edilib.
Maqsud