“Ukraynada atəşkəs bu tarixdə olacaq” KONKRET

10.12.2024

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş müşaviri Aleksey Arestoviç Ukraynada atəşkəs haqqında sazişin 2025-ci il yanvarın 25-də imzalana biləcəyini güman edir.

KONKRET.az xəbər verir ki, Arestoviç bu barədə “Strana.ua”-ya deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inaqurasiyadan dərhal sonra – yanvarın 20-21-də münaqişənin aktiv fazasını dayandırmağı təklif edə bilər.

Xatırladaq ki, Tramp dəfələrlə Ukraynada müharibəni 24 saata bitirməyə qadir olduğunu bəyan edib.

Tramp dünən Rusiya prezidenti Putinin uduzduğunu güman etməli olduğunu bildirib. Deyib ki, Zelenski bazar günü onunla görüşdə sülh vaxtının çatdığına işarə edib. /Modern.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью