“Ukraynada atəşkəs haqqında saziş yanvarın 25də imzalana bilər” İDDİA

10.12.2024

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Aleksey Arestoviç: “Trampın adından Putinə deyilib ki, 20 yanvara qədər nə qədər istəsən ərazi işğal elə, amma...”

“Ukraynadakı münaqişədə atəşkəs sazişi 2025-ci il yanvarın 25-də imzalana bilər”. AYNA “Country Politics” “Telegram” kanalına istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidentinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni Prezidenti Donald Trampın komandası həm Rusiya, həm də Ukraynaya müvafiq ultimatum irəli sürdüyü üçün “yanvarın 25-də və ya həmin ərəfədə atəşkəs olacaq”.

“Düşünürəm ki, orada söhbət belədir: Trampın adından Putinə deyilib ki, 20 yanvara qədər nə qədər istəsən ərazi işğal elə, amma yanvarın 20-də, andiçmə mərasimindən dərhal sonra dayanmalısınız. Əks halda, ABŞ addımlarını atacaq”, – Aretoviç vurğulayıb.

Sabiq müşavir həmçinin tamhüquqlu atəşkəsin yaza qədər əldə oluna biləcəyini istisna etməyib: “Çünki Birləşmiş Ştatlar hərbi əməliyyatları dayandırmaq üçün çox güclü təzyiq göstərəcək".

Arestoviç Moskva ilə Kiyev arasında atəşkəs sazişinin imzalanma ehtimalını “çox yüksək” qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью