Ukraynada atəşkəs olmadan ABŞ Rusiya münasibətlərində ciddi dəyişiklik olmayacaq Dövlət Departamenti

10.04.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ hesab edir ki, Ukraynada atəşkəs əldə olunmadan Rusiya Federasiyası ilə münasibətlərdə heç bir dinamika gözləmək olmaz.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə deyib.

"Düşünürəm ki, Birləşmiş Ştatların Prezidenti Donald Tramp hazırda Rusiya ilə gündəmdə yalnız bir məsələnin olduğunu açıqlayıb, o da Ukraynada atəşkəsdir. Və bu məsələ həll olunana qədər başqa heç bir məsələyə baxılmayacaq", - o deyib. 

Turan İSMAYIL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью