Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın atəşkəs rejiminə əməl etməməsi onun sülh danışıqlarında ciddi olmamasının sübutu olacaq.
Missiya.Az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
O, həmçinin Ukraynada döyüşlər bitərsə, ABŞ-ni Avropaya dəstək verməyə çağırıb. Emmanuel Makronun sözlərinə görə, potensial atəşkəs Ukraynada müharibənin sülh yolu ilə həlli prosesində ilk addım olmalıdır.
"Sxem isə belə olmalıdır: ABŞ və Rusiya, eləcə də ABŞ və Ukrayna arasında danışıqlar", - Fransa lideri qeyd edib və yaxın həftələrdə razılığın əldə oluna biləcəyini əlavə edib.
Zərintac Mayisqızı
Missiya.Az