Ukraynada atəşkəslə bağlı vacib xəbər Tarix açıqlandı

23.03.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna müharibəsində atəşkəslə bağlı tarix açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blomberq” mənbələrə istinadən məlumat yayıb.

“ABŞ aprelin 20-dək Ukraynada atəşkəs razılaşmasına nail olmaq niyyətindədir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın komandası vaxtın dəyişə biləcəyini deyir”, – deyə agentlik bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı Ukrayna ABŞ-ın 30 günlük atəşkəs haqqında təklifini qəbul etməyə və davamlı sülhün bərpası istiqamətində addımlar atmağa razılaşıb.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью