Ukraynada azərbaycanlı döyüşçü həlak oldu Foto

18.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna-Rusiya müharibəsində daha bir həmyerlimiz həlak olub.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna ordusu sıralarından müharibəyə qoşulan əslən Kürdəmir rayonundan olan 1998-ci il təvəllüdlü Eminov Teymur Asif oğlu Rusiyanın endirdiyi zərbələr nəticəsində həlak olub.

O, Donetskin Revnopol kəndində gedən döyüşdə həyatını itirib.

T. Eminov Ukrayna vətəndaşı imiş.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью