Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu (VİDEO)

22.09.2026

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hücum zamanı bir neçə dron idarənin rəisin otağı istiqamətini hədəf götürüb.

Otaq və bütün mərtəbə tamamilə sıradan çıxıb.

R. Vəliyev otağı təhlükə hiss edən kimi tərk etdiyinə görə, xəsarət almayıb. İdarədə olan polislərdən də tələfat olmayıb.

Vəliyev Rüstəm Elçin oğlu 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.

‹›1 / 7

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью