Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü

13.07.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir Azərbaycan əsilli hərbi qulluqçu ölüb”.

Lent.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan soydaşımız Anar Natiqoğlu sosial mediada paylaşım edib.

Məlumata görə, 1982-ci il təvəllüdlü, hərbi hissədə, mexanikləşdirilmiş batalyonunun tibb məntəqəsinin sanitar təlimatçısı Mehdiyeva Əminə Əli qızı döyüş tapşırığı yerinə yetirərkən iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelnıki rayonunun Novopavlivka qəsəbəsi ərazisində həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью