Ukraynada daha bir azərbaycanlı həlak olub FOTO

28.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Goranboy rayon, Nadirkənd sakini Şəhriyar Cəlilov noyabrın 17-si Xarkov istiqamətində həlak olub.

Bildirilib ki, o, əvvəl Daxili Qoşunlarda baş leytenant kimi xidmət edib, sonra ordudan tərxis olunaraq Rusiya ordusunun sıralarına qoşulub.

Ş.Cəlilovun meyiti hazırda Ukrayna tərəfinin nəzarət etdiyi ərazidə qaldığı üçün çıxarmaq mümkün olmayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью