Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya döyüş meydanında (Ukraynada) ehtiyatlı, amma qətiyyətli və ardıcıl şəkildə hərəkət edəcək və qarşıya qoyduğu məqsədlərə çatacaq”.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin VIII çağırış Dövlət Dumasının fəaliyyətini başa vuran deputatları ilə Kremldə keçirdiyi görüşdə deyib.
“Sizə bir sirr açıqlayacam, düşünürəm ki, həmkarım buna görə məndən inciməz. Təltifetmə mərasimində təltif olunanlardan biri mənə pıçıldadı: “Biz qalib gələcəyik, amma daha cəsarətli olmaq lazımdır”. Bu, çox arzuolunandır. Amma burada sual yaranır: daha da cəsarətli? Burada da, iqtisadiyyatda olduğu kimi, öz riskləri var və onların bədəli bizim tərəfdən döyüş meydanındakı itkilərdir”, - o bildirib.
Putin əlavə edib ki, məhz buna görə Rusiya hərbi əməliyyatlarda ehtiyatlı davranacaq:
“Bu səbəbdən burada da ehtiyatla, amma qətiyyətlə və ardıcıl şəkildə hərəkət edəcəyik, ölkə qarşısında qoyulan məqsədlərə nail olacağıq. Həmin məqsədlərə çatacağıq”.
Prezident Ukraynada müharibənin davam etdiyi hazırkı tarixi mərhələni “Rusiya üçün taleyüklü” adlandırıb: “Bu, Rusiya üçün çətin və taleyüklü tarixi dövrdür. Bu, göz qabağındadır, hər kəs bunu başa düşür”.