Ukraynada danışıqlara etibar etmirsinizsə... Heqset

14.02.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna münaqişəsinin həlli üçün danışıqlar etimad yox, prosesin gedişatına nəzarət tələb edir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Varşavada keçirdiyi mətbuat konfransında bildirib.

“Zelenski və Putinlə danışıqlar masası arxasında əyləşəcək şəxs Trampdır. Onlarla danışıqlar aparmaq üçün kiməsə etibar etmək lazım deyil. Lakin Ronald Reyqanın (ABŞ-ın 40-cı prezidenti – red.) dediyi kimi, əgər etibar etmirsinizsə, nəzarət etmək lazımdır”, - Heqset vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью